Misli Premyer Liqasının XVII turunda lider "Sabah" autsayder "Karvan-Yevlax"la üz-üzə gəlib.
Qaynarinfo xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matçda 3:1 hesablı qələbə qazanan "bayquşlar", ötən gün məğlub olan ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 4-ə yüksəldib.
Bakı klubunun qollarını Aron Maluda (9, 22), Umarali Raxmonaliyev (32) və Velko Simiç (84) vurublar. Qonaqların heyətində isə Olavale Doyeni (83) fərqlənib.
40 xalı olan "Sabah" turnir cədvəlində vahid liderdir. "Karvan-Yevlax" isə 6 xalla sonuncu - on ikincidir.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. "Qəbələ" "Şamaxı"nı (4:0), "Kəpəz" "Qarabağ"ı (2:0), "Turan Tovuz" isə "Sumqayıt"ı (2:1) məğlub edib.
Şərhlər