Xəbər lenti

Ruslar Xarkovu ələ keçirə biləcəkmi? (ŞƏRH)
Dünya 16:12 20.05.2024

Ruslar Xarkovu ələ keçirə biləcəkmi? (ŞƏRH)

"Rusiya ordusunun Xarkovu nəzarətə alması mümkünsüzdür".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov son günlər Rusiya ordusunun Ukraynanın Xarkov şəhəri istiqamətində aktivləşməsini şərh edərkən deyib.

Onun fikrincə, Xarkovun itirilməsi Ukrayna üçün böyük zərbə olar:

"Xarkovun taleyi ağırdır. Amma rusların Xarkovu işğal etməsi mümkünsüzdür. Ukrayna ordusu artıq lazımi silahları əldə edib. Bu istiqamətdə son sutkada rusların xeyli sayda hərbi texnika və şəxsi heyəti məhv edilib. Ukrayna ordusunda yaşanan çətinliklər silah təchizatının gecişməsilə bağlı olub. Artıq bu problem də aradan götürülür. Ukraynaya uzaqmənzilli silahlar verilib və verilir. Düzdür, Xarkovun itirilməsi Ukrayna üçün böyük zərbə olacaq. Lakin ukraynalılar 2 il 4 ay ərzində buna imkan verməyibsə, bundan sonra da verməyəcəklər. Son günlər bəzi rusların bəzi kəndləri işğal etməsi müəyəyn eyforiya yaradıb ki, Moskva istədiyinə nail olacaq. Amma Rusiya burada istədiyinə nail olmaq kimi imkanlara malik deyil. Xarkov strateji əhəmiyyətə malik mövqedədir. Donentks istiqamətində Ukrayna tərəfi bir qədər uğursuzluğa düçar olsa da, Xarkov istiqamətində daha güclü mövqeyə malikdir".
 


Ekspert bildirib ki, həmin istiqmaətdə Rusiya ordusu daha ciddi itkilərə məruz qalır:

"Pekində səfərdə olarkən mətbuata açıqlamasında Putin yanlışlığa yol verərək deyib ki, Xarkovu tutmaq niyyətləri yoxdur. Bunun nəticəsidir ki, son günlər rusların Xarkov istiqamətində irəliləməsində durğunluq hiss olunur. Ruslar əvvəlki əhval-ruhiyyə ilə hücuma keçə bilmir. Bu da böyük ehtimalla Putinin Pekində verdiyi son açıqlaması ilə bağlıdır. Hərçənd Rusiya sol deyib, sağı vurur. Lakin istənilən halda belə bir fikir səsləndirildi və  həmin fikir rus ordusu üçün tormozlayıcı rol oynadı. Bütövlükdə şiddətli döyüşlərin sayı artır. Amma Ukrayna ordusu aldığı yeni silahlarla situasiyanı nəzarətə götürəcək. Xarkov heç bir halda rus ordusunun nəzarətinə keçməyəcək. Peşəkarlıq nöqteyi-nəzərindən Rusiya ordusunun Xarkovu nəzarətə alması mümkünsüzdür".

Qeyd edək ki, Rusiya ordusu mayın 10-dan etibarən Ukraynanın Xarkov vilayətinin şimalından iki istiqamətdə aktiv hücum əməliyyatlarına başlayıb. Hücum nəticəsində ruslar vilayətin 9 kəndini ələ keçirə bilib. Hazırda ən aktiv döyüş əməliyyatları Xarkovun Volçansk şəhəri uğrunda gedir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->