ABŞ Rusiya və Çin arasında sentyabrın 10-da başlayan birgə hərbi dəniz təlimlərində təhlükə görmür, lakin onlara nəzarət edəcək.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı
deyib.
O qeyd edib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyası ilə ÇXR arasında son illərdə möhkəmlənən müdafiə münasibətlərinin inkişafını, o cümlədən havada, quruda, eləcə də dənizdə birgə təlimləri izləyirlər.
"Ancaq baxın, bu iki xalqın uzunmüddətli uğurlu əməkdaşlıq tarixi yoxdur, əlbəttə ki, hərbi sahədə də. Bunlar regionda və ya onun hüdudlarından kənarda, bütün dünyada bir-birinə tamamilə etibar etməyən iki xalqdır”, - Kirbi bildirib.
Onun sözlərinə görə, bu təlimlər çoxdan planlaşdırılıb və buna görə də ABŞ-da narahatlıq yaratmır.
Nizami Bağırov
Şərhlər