Xəbər lenti

Dünya 16:30 18.01.2026

"Reuters": İranda ölənlərin sayı 5000-ə çatıb

İranda etirazlar zamanı ölənlərin sayı 5000-i keçib. Bunun təxminən 500 nəfəri təhlükəsizlik xidməti əməkdaşlarıdır.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyinin hökumət rəsmisinə istinadən yazıb.
 
İran İslam Respublikasında etirazlar 28 dekabrda başlayıb və qiymətlərin artması və milli valyutanın dəyərdən düşməsi ilə səbəb olub.

"Reuters"in anonim qalmaq istəyən mənbəsi ən şiddətli toqquşmaların və ən çox itkinin ölkənin şimal-qərbindəki kürd bölgələrində baş verdiyini bildirib. İran hakimiyyəti mülki əhalinin ölümündə "terrorçuları və silahlı üsyançıları" günahlandırıb. Mənbə həmçinin bildirib ki, "İsrail və xaricdəki silahlı qruplar" etirazçıları dəstəkləyir.

İranın Ali Lideri Əli Xamenei ABŞ-ı "üsyanı" qızışdırmaqda günahlandırıb. İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, xarici terrorçu qruplar Tel-Əvivin maraqlarını təmin etmək üçün Vaşinqtonu Tehranla münaqişəyə cəlb etməyə çalışırlar. İran prezidenti Məsud Pezeşkian kütləvi etirazların əsas günahkarları kimi ABŞ və İsraili adlandırıb.

Vəziyyətə cavab olaraq, ABŞ prezidenti Donald Tramp hakimiyyət orqanları etirazçıları edam etməyə başlasa, "çox sərt tədbirlər" görməyə hazır olduğunu bildirib. O, həmçinin İrana qarşı "sürətli və qətiyyətli zərbə" ehtimalından danışıb. Lakin Tramp daha sonra ritorikasını yumşaldaraq hücum həyata keçirə bilməyəcəyini deyib.
 
Aydın
--> -->