Xəbər lenti

İdman 14:04 18.01.2026

"Qarabağ" Ramil Şeydayevi bu kluba icarəyə verəcək?

Cari mövsümün əvvəlində "Neftçi"dən "Qarabağ"a keçən Ramil Şeydayev bu qış fasiləsində yenidən komandasını dəyişə bilər.

Qaynarinfo "Sportinfo.az"a istinadən xəbər verir ki, adıçəkilən hücumçunun "Zirə"yə icarəyə göndərilməsi gündəmdədir. Rəşad Sadıqov onu 6 aylıq icarəyə götürmək niyyətindədir.

"Zirə" onun mövsüm ərzində üçüncü komandası olsa belə, hüquqi cəhətdən qeydiyyata alınmasında heç bir problem yoxdur.

Çünki "Neftçi" 30 yaşlı forvardın adını iştirak ərizəsinə daxil etməyib. Əvvəllər müxtəlif vaxtlarda iki dəfə "Qarabağ"a gedib-gəlmiş Şeydayev Çempionlar Liqası üçün sifariş olunmayıb.

"Köhlən atlar" onun xidmətindən yalnız ölkədaxili yarışlarda yararlana blilir. O da həmişə yox. Formaya düşməsi zaman aldığından, Qurban Qurbanov sezonun geridə qalan hissəsində "Zenit"in yetirməsindən bir elə istifadə etməyib.

"Zirə"də isə bu fürsəti çox olacaq Ramilin. Ötən aylarla müqayisədə bir xeyli özünə gələn Şeydayevi qəsəbə təmsilçisində böyük rəqabət gözləmir.

Dörd aydır zədədən əziyyət çəkən Davit Volkov hələ məşqlərə başlamayıb, Yeqor Boqomolskinin isə qol vurmaqla arası yoxdur: belaruslu, sadəcə, Rəşad Sadıqovun əsəbləriylə "oynayır".
--> -->