Xəbər lenti

Mixeil Kavelaşvili Gürcüstanın Prezidenti vəzifəsinə başladı
Dünya 11:47 29.12.2024

Mixeil Kavelaşvili Gürcüstanın Prezidenti vəzifəsinə başladı

Mixeil Kavelaşvili parlament binasında Gürcüstan xalqı qarşısında and içərək ölkənin sayca altıncı prezidenti oldu.

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

"Mən, Gürcüstan Prezidenti, Allah və xalq qarşısında Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, bütövlüyünü və bölünməzliyini qoruyacağıma, prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyimə, ölkəmin vətəndaşlarının təhlükəsizliyi və rifahının, xalqımın və Vətənimin dirçəlişi və qüdrətinin qayğısına qalacağıma and içirəm", - o bildirib.

M.Kavelaşvili xüsusi olaraq çap edilmiş və parlamentin muzeyində saxlanılacaq konstitusiya nüsxəsinə and içəcək.

O, andını bu gün üçün xüsusi çap edilmiş Gürcüstan Konstitusiyası nüsxəsi üzərində söyləyib. Bu nüsxə sonradan parlament muzeyinə veriləcək və növbəti inauqurasiyalar üçün istifadə edilməsi planlaşdırılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->