Xəbər lenti

Ramazan ayında restoranlarda qiymətlər artacaq (AÇIQLAMA)
Ekonomiks 16:47 27.02.2025

Ramazan ayında restoranlarda qiymətlər artacaq (AÇIQLAMA)

Ramazan ayında iaşə-restoran obyektlərində qiymət artımı müşahidə olunacaq.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib. 

Ekspertin sözlərinə görə, iaşə obyektləri ay boyu Ramazan paketləri təklif edəcəklər:


 
"Bu zaman qiymət artımı və aktivliyi müşahidə olunacaq. Qiymətlər birinin cibinə uyğun olacaq, birinin olmayacaq. Restoran sahibləri təlabatı görür və ona uyğun təkliflər verəcəklər. Son illərdə bu sahədə aktiv rəqabət hiss olunmaqdadır".
 
Ekspertin fikirincə, bütün bunlar iaşə sektorunda aktivlik yaradacaq:

"Amma ay boyunca bu artımın ərzaq sektoruna hər hansı bir təsiri olmayacaq. Hər hansı bir ərzağa təlabat artımından söhbət gedə bilməz. İnsanlar necə qidalanırdısa elə də davam edəcəklər”. 

Bahar Rüstəmli


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->