Xəbər lenti

Rafael Fiziyev: Deyəcək söz yoxdur, yaxşıca döyüldüm (VİDEO)
Video 12:12 01.02.2026

Rafael Fiziyev: Deyəcək söz yoxdur, yaxşıca döyüldüm (VİDEO)

Azərbaycanlı döyüşçü Rafael Fiziyev UFC 325 turnirində braziliyalı Maurisio Ruffiyə uduzduğu görüşdən sonra fikirərini bölüşüb.

Qaynarinfo xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında bildirib ki, özünü inkişaf etdirib daha irəli gedəcək:

"Nə deyə bilərəm ki? Deyəcək bir söz yoxdur. Yaxşıca döyüldüm. Texniki nokaut. Nə etmək olar? Mən cəsarətimin çatdığı o həyatı yaşayıram. Bəli, mən buna cürət etdim. Mən döyüşçüyəm, geri qayıdacam. Yenə də davam edəcəm, özümü inkişaf etdirəcəm, çalışacam, irəli gedəcəm və hamını qələbələrimlə sevindirməyə çalışacam. Bunun öhdəsindən gələcəm. Dəstək olan hər kəsə təşəkkür edirəm. Hamınızı sevindirmək alınmadı..."

Xatırladaq ki, Fiziyev yüngül çəki dərəcəsində baş tutan və turnirin üçüncü ən vacib döyüşü hesab olunan qarşılaşma ikinci raundda nokautla Maurisio Ruffiyə uduzub.

--> -->