"Zaqatala”nın prezidenti Musa Qurbanov "Qarabağ"ın futbolçusu Musa Qurbanlının adının bəzi Avropa klubları ilə hallanmasına münasibət bildirib.
M.Qurbanov "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı, Musa Qurbanlının isə əmisidir. O, Qol.az-a müsahibəsində millimizin 21 yaşlı üzvünün Ağdam təmsilçisində qalacağı, yoxsa gedəcəyi haqda suala cavabında deyib:
"Bu, artıq gələn təkliflərdən asılıdır. Uyğun olarsa, bu gün gedəcək. Yəni onun inkişafına xeyir verə biləcək təklif olsa, gedə bilər. Burada məqsəd ancaq Musanın daha yaxşı inkişaf etməsidir. Uyğun çempionatdan və klubdan təklif olarsa, inanıram ki, gedər. Atası ilə bu barədə danışırıq. Gələn təklif bayaq dediyim amillərə görə dəyərləndiriləcək. Hansısa yaxşı klubdan təklif gəldi, ona görə buraxaq getsin, xeyr, belə bir şey yoxdur. Onun gələcək karyerasına yaxşı mənada təsir edəcək təklif olarsa, yalnız o halda dəyərləndiriləcək".
"Zaqatala”nın prezidenti bildirib ki, M.Qurbanlı çalışqan uşaqdır: "Həmişə öz üzərində çalışır ki, ustalığını artırsın. Atasının nəzarətindədir. Qurban da futbolla böyüyən insan olub. Mən də bacardığım qədər kömək edirən. Söhbətlər aparırıq. İnanıram ki, Musa daha da inkişaf edəcək. Özünün də, bizim də məqsədimiz odur ki, daha yaxşı çıxış etsin".
Şərhlər