Xəbər lenti

Qohumunun toyunda gəzdirdiyi elektron qolbağı qırıb atdı - Yeyib-içdi, oynadı, sonra isə...
Ölkə 15:19 09.06.2023

Qohumunun toyunda gəzdirdiyi elektron qolbağı qırıb atdı - Yeyib-içdi, oynadı, sonra isə...

Siyəzəndə qohumunun toyunda iştirak edən şəxs üzərində gəzdirməli olduğu elektron qolbağı qıraraq yerə atıb. 

Qaynarinfo-nun məlumatına görə, Siyəzən rayon sakini Sakit (şərti) Xaçmaz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinərək, 4 il 5 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilib. Həmin tarixdə Sakitə elektron nəzarət vasitəsi tətbiq olunub. 

Sakit Siyəzən şəhərində yerləşən "Siyəzən Palace” şadlıq sarayında qohumunun toyunda rahat yeyib-içmək, şənlənmək üçün ayağında olan elektron qolbağı dartaraq açıb və mobil qurğu ilə birlikdə cibinə qoyub. 
 


Daha sonra Sakit içkili halda "Siyəzən Palace” şadlıq sarayında elektron qurğunu yerə tullayıb. Toyun səhəri günü ayıldıqdan sonra "Siyəzən Palace” şadlıq sarayında elektron qurğunu axtarsa da, tapa bilməyib. Məlum olub ki, qolbaq tapılaraq yararsız halda Siyəzən rayon Polis şöbəsinə təhvil verilib. 

Məhkəmə Sakitdən 2277,40 manat 40 qəpik məbləğində pul tutularaq, Ədliyyə Nazirliyi Probasiya Xidmətinə köçürülməsinə qərar verib və o, yenidən elektron qolbaqla təmin olunub.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->