Xəbər lenti

Qoca Səmədovun vəziyyəti yenidən pisləşdi
Ölkə 11:40 22.05.2023

Qoca Səmədovun vəziyyəti yenidən pisləşdi

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib.

APA-nın əldə etdiyi xəbərə görə, o, bu günlərdə cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya təsdiq edib: 

"Üç gündür təzyiqi 40/60 aralığında dəyişir. Hazırda müalicənin xəstəxanada davam etdirilməsi üçün çalışırıq”.
Qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.

Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->