Qarşıdan gələn Zəfər Günü ilə əlaqədar ardıcıl 4 günlük istirahət dövrü yaxınlaşır. Qanunvericiliyə əsasən, bu il bayram şənbə gününə təsadüf etdiyindən, 8-11 noyabr tarixləri qeyri-iş günü olacaq. Nəticədə bir çox vətəndaş artıq istirahət planlarını qurmağa başlayıb. Maraqlı məkanlar sırasında bölgə otellərinə də tələbat artıb.
Bəs bu tarixlərdə bölgə otellərində qiymətlər necə dəyişib?
Valyuta.az bölgə otellərində Zəfər günü ilə bağlı qiymət və təklifləri araşdırıb.
Qarabağ Otel (Şuşa)
Tarixlər: 8-11 noyabr
Qiymət: 2 nəfərlik otaq - 180 AZN
Daxildir: səhər yeməyi
Əlavə: Şuşada Zəfər Gününə həsr olunmuş tədbirlər və konsertlər planlaşdırılır
Ulus Hotel (Xankəndi)
Tarixlər: 8-11 noyabr
Qiymət: 2 nəfərlik otaq - 140 AZN
Daxildir: səhər yeməyi
Qala Hotel (Şəki)
Tarixlər: 8-11 noyabr
Qiymətlər:
2 nəfər - 100 AZN
3 nəfər - 120 AZN
4 nəfər - 140 AZN
Daxildir: səhər yeməyi
Marxal Resort & Spa (Şəki)
Tarix: 10 noyabr
Qiymət: 1 gecə / 2 nəfər - 250 AZN-dən başlayır
Qiymətə daxildir: səhər yeməyi (açıq bufet), canlı musiqi, gündəlik əyləncələr, fitnes zalı, sauna, uşaq zonası və qapalı hovuz.
Maricel Astara Resort (Astara)
Tarixlər: 8-10 noyabr
Qiymət: 1 gecə / 1 nəfər - 75 AZN
Daxildir: 2 dəfə qidalanma, qala gecəsi, canlı musiqi və DJ performansı
Xüsusi qeyd: Zəfər bayramına həsr olunmuş əyləncə gecələri keçiriləcək
Qəbələ Yeddi Gözəl Otel (Qəbələ)
Qiymət: 2 nəfərlik standart otaq - 90 AZN (yalnız səhər yeməyi)
Paket təklifi: 2 nəfərlik - 158 AZN (səhər, günorta və axşam yeməkləri daxil)
Gabala Karvansaray Hotel (Qəbələ)
Tarixlər: 8-10 noyabr
Qiymət: 2 nəfərlik paketlər - 240 AZN-dən başlayır
Daxildir: səhər və şam yeməyi
Əlavə: Zəfər Gününə həsr olunmuş xüsusi konsert proqramı keçiriləcək
Premium Hotel (Gəncə)
Qiymət: 2 nəfərlik otaqlar - 150 AZN-dən başlayır
Daxildir: səhər yeməyi
Gabala Garden Hotel (Qəbələ)
Qiymətlər:
2 nəfər / 1 gecə - 203 AZN
4 nəfərlik kottec - 396 AZN
Daxildir: açıq bufet səhər yeməyi, tonqal şou, isti çaxır və samovar çayı, şabalıd qovurma, şirniyyatlar, canlı musiqi, milli rəqs proqramı, uşaq əyləncələri, qapalı hovuz, türk hamamı, buxar hamamı, sauna və idman zalı
Quba Şahdağ Truskavets Sanatorium (Quba)
Tarixlər: 6-13 noyabr
Qiymət: 1 nəfər üçün - 240 AZN
Daxildir: səhər, nahar və şam yeməyi, həkim konsultasiyaları, SPA, canlı musiqi və şou proqramlar
Ağsaray Deluxe Hotel (Mingəçevir)
Tarixlər: 8-11 noyabr
Qiymətlər:
2 nəfərlik - 150 AZN
4 nəfərlik - 260 AZN
Daxildir: səhər yeməyi, hovuz, fitnes, sauna və canlı ifa
Şərhlər