Xəbər lenti

Qurban Qurbanov:
İdman 17:09 04.11.2025

Qurban Qurbanov: "Qarabağ" "Çelsi" ilə matçda mübariz oyun göstərmək istəyir"

"Qarabağ" "Çelsi" ilə matçda mübariz oyun göstərmək istəyir.

Bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında açıqlama verib.

53 yaşlı mütəxəssis Bakıda İngiltərənin "Çelsi" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan əvvəl fikirlərini bölüşüb:

"Bizi maraqlı oyun gözləyir. Güclü komandaya qarşı oynayacaq. Böyük klubları, yaxşı futbolçuları Bakıda görmək azarkeşlər üçün stimuldur. Oyunçularıma inanıram".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.//Report.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->