Qax rayonu ərazisində özünə məxsus evləri vətəndaşlara günlük kirayəyə verən şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1961-ci il təvəllüdlü B.M.-nın saxlanılmasına səbəb Bakı şəhər sakini Elməddin adlı şəxsin həyat yoldaşı Nuranə adlı xanımla aralarında kirayə ödənişinə görə yaranan mübahisə olub.
Belə ki, B.M. əsəbləşərək yerdən götürdüyü daşı Elməddinə məxsus "Range Rover" markalı avtomobilin arxa yan şüşəsinə vuraraq sındırıb. Bundan sonra o, Bakıdan turist kimi Qaxa dincəlməyə gedən Elməddin və həyat yoldaşının üzərinə hücum çəkərək, onları kirayə verdiyi evdən qovub.
Elməddin bu barədə polisə şikayət verib. Həmin şəxs saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə protokolu tərtib edilib.
Məhkəmənin qərarı ilə B.M. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və dəymiş ziyanın bir misli miqdarında, yəni 400 manat məbləğində cərimə olunub.
Aydın
Şərhlər