"Qarabağ”ın prezidenti Tahir Gözel komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edib.
Qaynarinfo-nun məlumatına görə, "Jean Borotra World Fair Play Career” mükafatını qazanması münasibətilə mütəxəssisi təbrik edən prezident bu fikirləri səsləndirib:
"Qurban Qurbanov layiq olduğu mükafatı qazandı. Artıq "Qarabağ”ın baş məşqçisinin ədalət prinsipləri bütün dünyaya bəlli oldu. Onun əxlaqi prinsiplərini, mənəvi gücünü hamı bildi”.
Klub rəhbəri "Qarabağ” və təcrübəli mütəxəssisin mənəvi baxışlarının üst-üstə düşdüyünü qeyd edib: "Bu, eyni zamanda "Qarabağ”ın da uğuru, töhfəsi, ruhudur. Qurban Qurbanovun xarakteri, şəxsiyyəti həm "Qarabağ”ı əks etdirir, həm də "Qarabağ”dan güc alır. Ona görə ki, klubla baş məşqçinin fikirləri eynidir və mənəvi prinsiplərə söykənir. Bu, "Qarabağ” adımızı və mənəviyyatımızı bütün dünyaya tanıtmağa xidmət edir”.
Səbuhi Həsənov
Şərhlər