Xəbər lenti

Günəşin qarşısından düşən adam: Tarixi foto necə çəkilib?
Dünya 21:53 17.11.2025

Günəşin qarşısından düşən adam: Tarixi foto necə çəkilib?

Bir astrofotoqraf, nəhəng Günəşin səthi ilə qüsursuz şəkildə sürətlənən paraşütçünün o anını qeydə alıb. Bu sadə bir çəkiliş deyil: "İkarın süqutu" adlandırılan bu kadr üçün aylarla davam edən dəqiq planlama və altı sınaq atlayışı lazım olub.

Qaynarinfo xəbər verir ki, Arizonada yaşayan astrofotoqraf Endryu Makkarti mümkünsüzə bənzəyən bu kadra imza ataraq, bir paraşütçünün Günəşin alovlu səthi ilə eyni xəttə düşdüyü nəfəskəsici görüntünü çəkib. Bu nadir an, macərapərəstin sanki kosmos boşluğunda Günəşin önündən süzüldüyü təəssüratını yaradır.

Günəş və kosmik hadisələrin fotoqrafiyası üzrə ixtisaslaşan Makkarti, bu qeyri-adi fotonu 8 noyabr səhəri, saat 09:00 radələrində çəkib. Sosial media hesabında paylaşdığı bu işi "İkarın süqutu" adlandıran fotoqraf, çəkilişin "son dərəcə absurd” planlama tələb etdiyini bildirib. Onun fikrincə, bu kadr öz sahəsində bir ilk ola bilər.

Fotodakı paraşütçü isə Makkartinin kamerasından təxminən 2 min 440 metr uzaqda, 1 min 70 metr yüksəklikdə kiçik pervaneli bir təyyarədən tullanmış "YouTube” məzmun istehsalçısı və musiqiçi Qabriel Braun idi. Braun həmin anların görüntülərini öz "Instagram” hesabında da paylaşıb.



Tək şans, altı cəhd

Makkarti "Live Science”a müsahibəsində həmin mükəmməl uyğunlaşmaya monitorunda gördüyü anda yaşadığı həyəcanı belə ifadə edib: "Videolarda üzümə baxsanız, həyəcanı açıq-aydın görərsiniz".

O bildirir ki, həftələrlə davam edən dəqiq planlamaya baxmayaraq, təyyarəni Günəşlə tam uyğunlaşma üçün altı müxtəlif cəhd etməli olublar. Ən böyük çətinlik isə istifadə etdikləri təyyarənin göydə düşündükləri qədər dəqiq izlənilə bilməməsi olub.

Makkarti deyir: "Görüş sahəmiz çox dar idi. Paraşütün təhlükəsiz şəkildə yenidən yığılması çox vaxt apardığı üçün atlayış üçün yalnız bir şansımız vardı".

Bu da anı tutmağı tam mənası ilə bir sənətə çevirir.

Nəhayət, Braun atlayışı həyata keçirib və Makkarti həmin anı hidrogen-alfa işığında çəkərək Günəşin atmosferindəki detalları da ortaya çıxarıb. O, bu nadir fotoşəklin karyerası boyunca çəkdiyi ən yaxşı beş işdən biri olduğunu deyir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->