Xəbər lenti

İdman 14:38 14.04.2026

"Qarabağ"dan xanım azarkeşlərə jest - Giriş yenə pulsuzdur

Aprelin 18-də keçiriləcək "Qarabağ” - "Sabah” oyununa giriş xanım azarkeşlər üçün pulsuz olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Bildirilib ki, Premyer Liqanın XXVIII turu çərçivəsində "Sabah”la keçiriləcək ev oyununda komandanı dəstəkləmək istəyən xanım azarkeşlər üçün giriş tamamilə pulsuzdur.

Bununla belə stadiona biletsiz girişin mümkün olmadığı da vurğulanıb. Xanımlar biletlərini mütləq şəkildə 16, 17 və 18 aprel tarixlərində stadionun kassalardan və ya "Park Bulvar" AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopdan əldə edə bilər. Stadiona biletsiz giriş mümkün olmayacaq.

Qeyd edək ki, qarşılaşma saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
--> -->