İtaliyanın "Napoli" klubunun prezidenti Aurelio De Laurentis ABŞ komandalarının UEFA Çempionlar Liqasında çıxış etməsini təklif edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Athletic” məlumat yayıb.
De Laurentisin sözlərinə görə, MLS futbolçulara karyeralarının sonuna yaxın böyük maaşlar təklif edir, lakin bu, futbolun inkişafına ciddi töhfə vermir.
"MLS karyeralarının sonunda oyunçulara böyük pullar təklif edir və bu, onıara heç nə vermir. Niyə UEFA prezidenti Aleksandr Çeferinə üç-beş böyük Amerika komandasını Çempionlar Liqasına dəvət etməyi təklif etməsinlər? Nyu-Yorkun ən yaxşıları, Bostonun ən yaxşıları ola bilər", deyə De Laurentis bildirib.
Aurelio De Laurentis həmçinin ABŞ-dan güclü klubların turnirə cəlb olunmasının yarışın səviyyəsini artıra biləcəyini vurğulayıb.
Aydın
Şərhlər