Xəbər lenti

İdman 13:15 29.10.2025

"Qalatasaray"da dəyişiklik: Bir futbolçu gedir, daha bir ulduz gəlir

"Qalatasaray"da qış transfer pəncərəsində ciddi dəyişikliklər gözlənilir. 

Qaynarinfo xəbər verir ki, "sarı-qırmızılılar"ın yerli futbolçusu Barış Alper Yılmaz komandadan ayrılsa, onun yerinə "Atalanta" klubunun hücumçusu Ademola Lookman transfer ediləcək. Bu transferdə Viktor Osimhenin də rol aldığı bildirilir.

Nigeriyalı ulduz Viktor Osimhen hazırda "Qalatasaray"ın transfer fəaliyyətinə kömək etməyə çalışır. Klub uzun müddətdir "Atalanta"nın forvardı Ademola Lookmanla maraqlanır. Barış Alper Yılmazla yaşanan fikir ayrılığının yanvarda yolların ayrılmasına səbəb ola biləcəyi iddia olunur.

Belə olan halda, bu mövqeyə təcrübəli bir futbolçunun əlavə olunmasına ehtiyac var. "Qalatasaray"ın transfer siyahısında ilk sırada isə hələ yaydan bəri dəyişməyən bir ad var – Lookman. Bu maraq artıq İtaliya mətbuatının da diqqətini cəlb edib.

İtaliya mətbuatı yazır ki, "Qalatasaray" Osimhendən sonra A Seriyasından daha bir ulduzu transfer etməyə hazırlaşır. Məlumata görə, Osimhen milli komandadakı dostu Lookmanı şəxsi şəkildə əlaqələndirərək ona belə deyib: "Qalatasaray"a gəl, burada xoşbəxt olarsan".

O, klub və azarkeşlər haqqında da müsbət fikirlər bildirib. Lookman isə bu təklifə belə cavab verib: "Əgər klublar razılaşsa, niyə də olmasın?".

Hazırda "Atalanta"da istədiyi qədər oyun imkanı qazanmayan 28 yaşlı hücumçu, transferə müsbət baxır.

Lookmanın adı "Qalatasaray"la hallandığı gündən bəri o, klubun sosial media hesablarını izləməyə başlayıb. Hətta Osimhenlə birgə çəkilmiş fotolarda "Qalatasaray" azarkeşlərinin paylaşımlarını bəyənərək, bəzən şərh də yazıb. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->