Xəbər lenti

İdman 21:21 26.10.2025

"Qalatasaray" 3 xalı 3 qolla qazandı

Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, turnirin son qalibi "Qalatasaray" öz meydanında "Göztəpə"ni qəbul edib.

Hesabı 6-cı dəqiqədə qonaqlar açsalar da, "aslanlar" 19-cu dəqiqədə Osimhenin dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər.

İlk hissənin sonlarında "Göztəpə" azlıqda qalıb. Okan Burukun yetirmələri say üstünlüyündən yararlanaraq daha iki qol vurublar (Sara 63, İkardı 66) - 3:1.

Hazırda "Cim-Bom" 28 xalla yarış cədvəlinin zirvəsindədir. Onun rəqibi isə 16 xalla 5-ci sırada qərarlaşıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->