Xəbər lenti

Putinin köməkçisi: “Rusiya müvəqqəti atəşkəs istəmir”
Dünya 17:14 13.03.2025

Putinin köməkçisi: “Rusiya müvəqqəti atəşkəs istəmir”

Rusiya lideri Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva Ukrayna ilə müvəqqəti atəşkəsə maraq göstərmir, əksinə, uzunmüddətli nizamlanmaya üstünlük verir.  

Qaynarinfo xəbər verir ki, Uşakovun sözlərini Rusiya "İnterfaks" agentliyi sitat gətirib.  

"Sülhə bənzər hər hansı addımların atılması indiki şəraitdə heç kimə lazım deyil", o deyib.  

O əlavə edib ki, Rusiyanın məqsədi "uzunmüddətli sülh nizamlanmasıdır" və bu proses "RF-nin qanuni maraqlarını" nəzərə almalıdır.  

Uşakov vurğulayıb ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Volts ilə söhbətində Rusiyanın bu məsələdəki mövqeyini açıqlayıb. "Bizim mövqeyimizi bildirdim ki, bu (atəşkəsin dayandırılması - red.) Ukrayna ordusu üçün sadəcə müvəqqəti fasilədir, başqa heç nə", - deyə o qeyd edib.  

Bundan əlavə, o bildirib ki, Putin cümə axşamı media ilə görüş zamanı Rusiyanın mövqeyini daha ətraflı açıqlaya bilər.  

Xatırladaq ki, Səudiyyə Ərəbistanında martın 11-də keçirilən görüşün yekunlarına əsasən, Ukrayna, əgər Rusiya da eyni addımı atarsa, dərhal 30 günlük atəşkəs rejiminin tətbiqinə razılıq verib.  

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton Rusiyaya "atəşkəs" təklifi təqdim edəcək və onun bu təklifə razılıq verəcəyinə ümid edir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->