Xəbər lenti

Məşhur müğənni 3 ildir avtomobildə yaşayır:
Maqazin 20:44 13.03.2025

Məşhur müğənni 3 ildir avtomobildə yaşayır: "Anamla dalaşdım..."

"Qremmi" mükafatına namizəd və "En Vogue" pop qrupunun solisti Daun Robinson 3 ildir öz avtomobilində yaşadığını etiraf edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, "YouTube" kanalında danışıb.

58 yaşlı amerikalı müğənni evinin olmadığını bildirib. Robinson 2020-ci ildə pandemiyanın başlanğıcında valideynlərinin yanına köçdüyünü, lakin anası ilə mübahisə etdiyini deyib.

"Mən anamı sevirəm, amma o, çox əsəbiləşdi və hirsinin böyük hissəsini məndən çıxardı. Mən hər zaman onun hədəfi idim və başa düşdüm ki, öhdəsindən gələ bilməyəcəyim", deyə ulduz bildirib.

Robinson qeyd edib ki, anasının ona münasibətinin dəyişməsinin səbəbini hələ də anlamayıb. Əvvəlcə bir ay maşında yatıb, sonra menecerin hesabına oteldə yaşayıb. Tezliklə narahat olub və öz avtomobillərində və mikroavtobuslarında yaşayan insanların icmalarını araşdırdıqdan sonra müğənni köməkçisinə bu həyat tərzini sınayacağını söyləyib.

Müğənni etiraf edir ki, maşındakı ilk gecələr qorxulu olsa da, pəncərədən gördüyü ilk gün batımı gözəl olub:

"O qədər azad idim ki, özümü gəzintiyə çıxmış kimi hiss etdim. Bu, düzgün qərar idi və peşman olmadım".

Robinson həmçinin xatırladıb ki, Maui sahilində çörək furqonunda yaşayan Marvin Gaye də daxil olmaqla, bir çox digər məşhurlar avtomobillərdə yaşamaq təcrübələri keçiriblər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->