Xəbər lenti

Prezident Fərid Əhmədova yeni vəzifə verdi (SƏRƏNCAM)
Ölkə 13:39 07.08.2024

Prezident Fərid Əhmədova yeni vəzifə verdi (SƏRƏNCAM)

Azərbaycanda Məhkəmə Ekspertizası Şurasının yaradılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurasının yaradılması qeyd olunub.

Şuranın sədri

Azərbaycan Respublikasının ədliyyə naziri (Fərid Əhmədov)

Şuranın üzvləri:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->