Xəbər lenti

Polis Yasamaldakı silahlı insidentlə bağlı - 2 nəfəri saxladı
Ölkə 11:55 17.10.2025

Polis Yasamaldakı silahlı insidentlə bağlı - 2 nəfəri saxladı

Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov və 38 yaşlı Rüfət Həziyev saxlanılıb.

Həmin şəxslərdən 1 ədəd "Makarov” markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb.

Bildirilib ki, oktyabrın 16-sı Yasamal rayonu ərazisində güllələnən şəxslər əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub. Onlar ayaq nahiyələrindən xəsarət alıb və həyatlarına təhlükə yoxdur.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->