Xəbər lenti

Dövlət qurumu Cavanşir Feyziyevin oğlu ilə 490 min manatlıq icarə müqaviləsi bağladı
Ölkə 15:14 04.03.2026

Dövlət qurumu Cavanşir Feyziyevin oğlu ilə 490 min manatlıq icarə müqaviləsi bağladı

İnnovasiya və Təchizat Mərkəzi fiziki şəxs Cavanşir Orxan Cavanşir oğlu ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 142 D ünvanında yerləşən ümumi sahəsi 12 552,30 kv.metr olan ofis və anbar kompleksinin icarəyə götürülməsi nəzərdə tutulur. 

Buna görə Orxan Cavanşirə 490 000 manat ödəniləcək. 

Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.
 
Apardığımız araşdırmalar zamanı məlum olub ki, İnnovasiya və Təchizat Mərkəzi ötən il eyni xidmətə görə Orxan Cavanşirə 392 000 manat, 2024-cü ildə isə 1 176 000 manat ödəyib. 

Qurumun hər il Orxan Cavanşirlə icarə müqaviləsi bağlaması icarə müddətinin 1 il olması barəə ehtimalları artırır. Bu halda aylıq icarə haqqı aylıq 40 833 manat edir.
 
İnnovasiya və Təchizat Mərkəzinə ofis icarəyə verən Orxan Cavanşir deputat Cavanşir Feyziyevin oğludur.
 
Cavanşir Feyziyev 2015-ci ildə deputatdır. O, həm də əczaçılıq sahəsində aparıcı şirkətlərdən olan "Avromed Company” QSC-nin sahibi kimi tanınır. Cavanşir Fyeziyev deputat seçildikdən sonra şirkətə onun qızı Baxşiyeva Əzizə Cavanşir qızı rəhbərlik edib. Onun rəhbərliyi 2020-ci ilədək davam edib. 

Seyid
--> -->