PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb.
Bu barədə Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, PKK rəhbəri Abdulla Öcalanın çağırışı ilə 12-ci toplantıda qəbul edilən qərarlara müvafiq olaraq yeni addım atıb. Bununla da terror təşkilatı bu gün Türkiyədən tamamilə çıxdığını elan edib.
Xatırladaq ki, daha əvvəl A.Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib.
Şərhlər