İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasının ABŞ ilə razılaşma üçün şərtlərini açıqlayıb.
"Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Əgər ABŞ hökuməti öz totalitar ambisiyalarından əl çəkərsə və İran xalqının hüquqlarına hörmət etməyə başlayarsa, o zaman yəqin ki, razılaşmaya nail olmağın yolları tapılacaq", - Pezeşkian bildirib.
İran Prezidenti paylaşımının sonunda danışıqlar aparan nümayəndə heyətinin üzvləri, xüsusilə parlament sədri Məhəmmədbaqer Qalibafa təşəkkür edib.
Şərhlər