Xəbər lenti

Paşinyan yenidən Anna Akobyana qovuşacağına ümid edir
Dünya 14:02 23.04.2026

Paşinyan yenidən Anna Akobyana qovuşacağına ümid edir

"Əgər indiyədək həyatın teatrdan daha mürəkkəb olduğuna əmin olmamısınızsa, gələcək həyatınızda buna mütləq əmin olacaqsınız".

Qaynarinfo xəbər verir ki, bunu hökumət iclasından sonra jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. 

O, ayrıldığı Anna Akobyanla yenidən bir araya gəlməsi ilə bağlı sualı cavablandırıb.

"Anna bəyanat verəndə mən də bu qərara hörmətlə yanaşdığımı bildirdim, lakin həmin qərarla razı olduğumu demədim və təbii ki, sizin dediyiniz hadisənin baş verməsi üçün də bu məntiqlə cəhdlər göstərdim. Sevinirəm ki, bu baş verir və ailəmizi qorumaq üçün daha bir şansım olduğuna görə də sevinirəm", deyə o bildirib.

Xatırladaq ki, fevralın sonunda uzun illər vətəndaş nikahında yaşayan N.Paşinyanla A.Akopyanın ayrıldığı məlum olub. Ermənistanın "Hraparak” qəzeti cütlüyün rəsmi ayrılığına illərlə davam edən gərgin münasibətlərin səbəb olduğunu yazıb.

Aydın

--> -->