Xəbər lenti

Ordubadın dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb
Ölkə 10:47 28.12.2025

Ordubadın dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb.

Bu barədə Qaynarinfo-ya muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3 000 m) qarın hündürlüyü 29, Parağaçaq Qar Uçqunu Stansiyasında 7 sm, Şahbuz rayonunun Kükü kəndində 16 sm, Şərurda 5 sm, Sədərək və Kəngərlidə 3 sm, Şərurun Axura kəndində isə 8 sm qeydə alınıb.
--> -->