Naxçıvan Muxtar Respublikasında dörd məktəb və bir bağça binası satışa çıxarılır.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Babək rayonu Şıxmahmud kəndində 1980-ci ildə istismara verilən uşaq bağçası təyinatı saxlanılmaqla satılır.
2642.7 kv.m torpaq sahəsi ilə birlikdə satılan bağça 106 725 manata təklif olunur.
Bundan başqa, Ordubad rayonunda 1950-ci ildə istismara verilən dörd məktəbin köhnə binaları da satılır.
Bunlardan biri Dəstə kəndində yerləşir və ümumi sahəsi 462,65 kv.m olan 2 nömrəli tam orta məktəbin köhnə binasıdır. Bina 1870 kv.m torpaq sahəsi ilə birlikdə 27 856 manata satılır.
Tivi kəndində ümumi sahəsi 416 kv.m olan tam orta məktəbin köhnə binası isə 3000 kv.m torpaq sahəsi ilə birlikdə 25 640 manata satışa çıxarılır.
Həmçinin Ələhi kəndində ümumi sahəsi 126,92 kv.m olan tam orta məktəbin köhnə binası da 1765 kv.m torpaq sahəsi ilə birlikdə 9489,3 manata təklif olunur.
Eləcə də Məzrə kəndində ümumi sahəsi 92,4 kv.m olan tam orta məktəbin köhnə binası 630 kv.m torpaq sahəsi ilə birlikdə 6510 manata satışa çıxarılır.
Sözügedən əmlaklar dekabrın 1-də hərraca çıxarılacaq.
Şərhlər