Xəbər lenti

Qışda da xarici ölkələrə səfər edən azərbaycanlıların sayı artır: Seçimi daha çox kimlər edir?
Ekonomiks 14:28 03.04.2026

Qışda da xarici ölkələrə səfər edən azərbaycanlıların sayı artır: Seçimi daha çox kimlər edir?

Son illərdə Azərbaycanda qış mövsümü də daxil olmaqla xarici ölkələrə səyahət edənlərin sayında artım müşahidə edilir.

Qaynarinfo-nun məlumatına görə, elə 2026-cı ilin yanvar-fevral aylarında xarici ölkələrə səyahət edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 0,8 % artaraq 298,7 min nəfər olub. Səfər edənlər isə daha çox Rusiya, Türkiyə, Gürcüstana gedib. İki ay ərzində baş tutan səfərlər isə daha çox hava nəqliyyatı vasitəsi ilə həyata keçirilib. 

Mütəxəssislər isə vətəndaşların bütün mövsümlərdə xarici ölkələrə səfər etməsini bir neçə əsas amillə bağlayır.

Buna ilk səbəb kimi qiymət və keyfiyyət fərqini göstərir. Onlar bildirirlər ki, əvvəllər daha çox insanlar xarici ölkələrə fərdi şəkildə səfər edirdilərsə, artıq yeni trendi turizm şirkətlərinin təqdim etdiyi tur paketlər hesab etmək olar. Belə ki, bu şirkətlər tərəfindən təqdim olunan paket turlara daxil olan xidmətlər daha sərfəli olur ki, bu da həmin sahədə rəqabətliliyi artırır. Məsələn, elə şirkətlər var ki, təklif etdikləri tur paketlərini kreditlə vətəndaşlara satmağa razılıq verir. İlk ödənişi əvvəldən alaraq daha sonra isə qalan hissənin ödənişinə razı olur. Bu isə həm onlara, həm də vətəndşalara sərf edir, bəzən əvvəldən alınan paketlər daha sərfəli olur, bu da onların xarici ölkləri seçmıklərində bir səbəb olur. Həmin paketlərin içində isə qarşılama, otel, bələdçi, sığorta kimi xidmətlər təklif olunur. 

Düzdür, ölkə daxili turizmə maraq əvvəlki illərdən fərqli olaraq artsa da, hələ də bu sahədə olan boşluqlar, qiymət bahalığı insanların seçiminə təsir edir. Bu gün ölkə daxilində qış turizmi üçün müxtəlif mərkəzlər fəaliyyət göstərsə də, Azərbaycanda daxili turizm yeni-yeni inkişaf etdiyinə görə, həm qiymət, həm də xidmət baxımından xarici alternativlərlə müqayisədə geri qalır. Bundan başqa, bir çox turizm obyekti daha az xərclə daha çox qazanmaq istəyir. Bu da ölkədə xidmət sahəsinin hələ də zəif olduğunu göstərir. Daxili turizm obyektlərinin bir çoxunda infrastruktur və təhlükəsizlik məsələləri hələ də kifayət qədər inkişaf etməyib. Otellərin və turizm xidmətlərinin standartlarının bəzən aşağı olması, yol və nəqliyyat imkanlarının məhdudluğu, bəzi regionlarda tibbi və yanğın təhlükəsizliyi xidmətlərinin tam olmaması daxili turizmə marağı azaldır.

Buna görə də istirahət etmək istəyən insanlar isə daha çox xarici ölkələrə üstünlük verirlər. Ümumiyyətlə, daha çox gəlirləri turizm sahəsindən olan dövlətlər bu sahənin reklamına, xidmətlərinin tanınmasına vəsait ayırmaqdan çəkinmirlər. Məsələn, ötən il Türkiyəyə üz tutan xarici turistlərin çox hissəsi daha çox Yunanıstanı seçmişdilər. Onlar bunu həm qiymət, həm də xidmət ucuzluğu ilə əlaqələndirmişdilər. Son dövrlərin trendi olan sosial media paylaşımları da bu cür səfərlərə insanların marağını artırır.

Son dövrlər xarici ölkələrə səfərlərə marağın artmasını həm də psixoloji səbəblərlə əlaqəlndirmək də yerinə düşər. Çünki hazırda səyahət etmək istəyənlərin daha çoxu gənclərdir. Onlar da yeni yerlər görmək, yeni macəralar axtrarmaq, yeni insanlarla tanış olmaq, əlaqələr yaratmaq, xatirələr toplamaq üçün daha çox xarici ölkələrə üz tuturlar. 

Azərbaycanda daxili turlara üz tutanlar bu gün daha çox passiv istirahət etmək istəyənlərdir. Onlar isə daha çox günlük kirayə evlər tutaraq, bir neçə gün istrahət etməyə üstünlük verir. 
 
Günay İlqarqızı

--> -->