Almaniyanın "WELT" qəzeti Hamburqdakı Bundesver Universitetinin Hərbi Oyunlar Mərkəzi ilə birgə Rusiyanın və NATO-nun mümkün toqquşmasını əhatə edən genişmiqyaslı simulyasiya keçirib.
Qaynarinfo-nun məlumatına görə, ekspertlər nəticəyə gəliblər ki, cəmi 15 min əsgərlik kontingentlə Rusiya, qərb ölkələrinin reaksiyası ləngidiyi halda, alyansı ekzistensial böhranla üz-üzə qoymağa qadirdir.
Ssenariyə görə, Ukraynada hipotetik atəşkəsdən sonra Moskva qüvvələrini yerləşdirir və Kalininqradda "insani böhran" bəhanəsindən istifadə edir. Rusiya qoşunları Litva ərazisinə daxil olur, pilotsuz aparat və mina sahələri NATO qüvvələrinin əsas hərəkət marşrutlarını bloklayır. ABŞ ilk 48 saat ərzində baş verənləri 5-ci maddənin tətbiqi kimi tanımır, Almaniya və Polşa tərəddüd edir.
Avstriyalı hərbi ekspert Frans-Ştefan Qadi simulyasiyada Rusiya Baş Qərargahının rəhbəri rolunu oynayıb: "Rusiyanın Baltikdə hərbi hədəflərinə çatması üçün Litva, Latviya və Estoniyaya müdaxilə etməsinə ehtiyac yoxdur. O, Belarus və Kalininqraddan atəş nəzarəti qura bilər".
İştirakçıların qənaətinə görə, əsas problem Rusiyanın hərbi imkanları deyil, qərb ölkələrinin siyasi iradəsidir.
Qadi əlavə edib: "Rusiyanın Baltik ölkələrində hərbi məqsədi NATO-nu diskreditə etmək və Avropa İttifaqını zəiflətməkdir. Bu, inandırıcı şəkildə göstərmək mümkündür ki, NATO və digər Aİ ölkələri az şey edə bilərlər, əgər Rusiya deyərsə ki, Baltik ölkələrini Avropadan ayırır".
Keçən il Estoniyada keçirilən genişmiqyaslı manevrlərdə Ukrayna hərbçiləri təəccüblü nəticələr göstərib. Təlimlərdə NATO-nun 12 ölkəsindən 16 min əsgər iştirak edib. Təlim döyüşündə pilotsuz aparatlardan istifadə olunub.
10 Ukrayna əsgəri yarım gün ərzində 17 ədəd zirehli texnikanı məhv edib və digər hədəflərə 30 zərbə endirib. Əgər döyüş bir gün davam etsəydi, NATO iki batalyon itirəcəkdi.
Qeyd olunur ki, qərb hərbçiləri maskalanmadan fəaliyyət göstərib, çadır və texnikanı açıq sahədə yerləşdiriblər. Döyüş zamanı məlumat mübadiləsi sürətli olmayıb, məlumatlar məhdudlaşdırılıb və taktika köhnə yanaşmalarla aparılıb.
Aydın
Şərhlər