Məclislərin birində müğənni Nadir Qafarzadənin həmkarı Türkan Vəlizadə ilə qucaqlaşması qalmaqala səbəb olub. Sosial şəbəkə istifadəçiləri onların arasında eşq yaşandığını iddia ediblər.
Nadir Qafarzadə Qaynarinfo-ya açıqlamasında Türkan Vəlizadə ilə aralarında heç bir sevgi və eşq münasibətlərinin olmadığını vurğulayıb:
"Qucaqlaşma, sarılma olmayıb. Məclislərin birində idik, möhkəm səs-küy var idi. Kimin nə dediyini eşitmək olmurdu. Gördüm ki, Türkan məni uzaqdan eşitməyəcək, yaxınlaşıb qulağına söz dedim. Burada nə var axı? Türkan mənim qızım yaşındadır, əlbətəki məni əmisi, dayısı kimi sevə də bilər..."
Qeyd edək ki, sosial mediada müğənni Türkan Vəlizadə və Nadir Qafarzadənin mehriban görüntüləri yayılıb. Məclislərin birində ifaçılar qucaqlaşaraq, səmimi söhbət ediblər. Türkan Vəlizadə Nadir Qafarzadəyə "...etiraf edirəm, sizi sevirəm" deyib.
Bahar Rüstəmli
Şərhlər