Məhkəmə qərarı ilə müsadirə edilmiş əmlakların hərraca çıxarılması prosesi dayandırılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hərracların dayandırlıması ədliyyə naziri Fərid Əhmədovun göstərişi əsasında baş verib.
Bildirilir ki, Fərid Əhmədov nazir təyin ediləndən sonra ədliyyə sistemindəki nöqsanlara ciddi diqqət yetirməyə başlayıb. Hərracların keçirilməsində ciddi nöqsanlara yol verildiyindən məlumatlı olan nazir bu sahədə yoxlamaların həyata keçirilməsi üçün prosesi müvəqqəti dayandırıb.
Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən verilən açıqlamadan belə məlum olur ki, hərraclar texniki problemlər üzündən dayandırılıb.
"Yaxın zamanda mövcud texniki problemlər aradan qaldırıldıqdan sonra hərracların keçirilməsi prosesi davam etdiriləcək”, deyə nazirliyin açıqlamasında qeyd olunub.
Açıqlamada texniki problemlərin konkret nədən ibarət olduğuna aydınlıq gətirilməyib.
Seyid
Şərhlər