Xəbər lenti

Meyxanaçı Ağamirzə yeməklə bağlı verdiyi qərarı pozubmu? -
Ölkə 15:40 04.07.2025

Meyxanaçı Ağamirzə yeməklə bağlı verdiyi qərarı pozubmu? - "Montajdır"

Meyxanaçı Ağamirzə gündəm olan videosuna aydınlıq gətirib.

O, Qaynarinfo-ya açıqlamasında verdiyi qərarların onun üçün qanun olduğunu xatırladıb:

"Mən bir il bundan əvvəl söz vermişəm ki, dəvət aldığım televiziya verilişlərində yemək yeməyəcəyəm. Yemək yediyim video isə 15 il bundan əvvələ aiddir. Baxan kimi görünür, indi bunu həmin videoya montaj ediblər. Guya mən vədimi pozmuşam və s. Baxanda mənim həmin videoda cavan olduğum açıq görünür. Mən elə adamam ki, verdiyim sözü pozmaram. Dedimsə, əməl edəcəyəm. Efirlərdə insanların yemək yemə səhnəsi mənə pis təsir edir. İmkansız adam çoxdur, bəlkə biri orada görünən nemətləri illərlə yemir. Günahdır axı. Olmaz belə. Əvvəl olub, amma daha ağlım başıma gəlib, bundan sonra heç bir efirdə nəsə yemərəm”.

Ağamirzə Məmmədov dəvət aldığı efirlərə tələb qoyub:

"Tapşırmışam ki, mən olduğum verilişlərdə yemək olmasın. Bir o səhnələrə baxın, görün uzaqdan necə görünür. Dəvət aldığım verilişlərdə mənə görə yemək də verməyiblər. Amma kim istəyir, yemək yeyə bilər”.

Qeyd edək ki, sosial şəbəkədə meyxana ifaçısı Ağamirzə Məmmədovun verilişlərin birində bəh-bəhlə yemək yediyi görünən video paylaşılıb. İzləyicilər "verdiyi sözə əməl edə bilmədi” deyə onu qınayıblar.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->