Xəbər lenti

Məhərrəm Novruzovun kürəkəni də azadlığa buraxıldı
Ölkə 14:33 22.12.2025

Məhərrəm Novruzovun kürəkəni də azadlığa buraxıldı

Amnistiya aktı Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, "Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevə də şamil olunub.

APA xəbər verir ki, o, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

O, məhkəmənin qərarı ilə 8 il müddətə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 ilə endirilib. Amnistiya aktı ilə o, cəzasının çəkilməyən hissəsindən azad edilib.

Elşad Kəlbəliyev "Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->