Xəbər lenti

Maşın bazarında durğunluq: Nə baş verir?
Ekonomiks 10:20 09.09.2024

Maşın bazarında durğunluq: Nə baş verir?

Avtomobil bazarlarında aylardır durğunluq yaşanır.

Satıcılar bildirirlər ki, bazara həddindən artıq avtomobil gətirilir, bu səbəbdən də satış zəifdir.

Alıcılar isə qiymətlərin baha olduğundan şikayətlənirlər. Ekonom sinif avtomobillərin qiyməti 20 min manatdan yuxarıdır.

İstehsal ili 15 ildən çox olan avtomobillərə isə tələbat azdır.

Rusiya istehsalı avtomobillərə maraq da azalıb. Bir vaxtlar ən çox satılan Almaniya və Rusiya istehsalı maşınlar idi. İndi isə hibrid avtomobillərə tələbat çoxdur.

Ətraflı "Xəzər Xəbər"in süjetində:


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->