Macarıstanın Avropa məsələləri üzrə naziri Yanoş Boka Aİ ölkələrinə göndərdiyi notada yazıb ki, Macarıstan Ukraynadakı "sülhməramlı missiyasını” dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "El Pais” məlumat
yayıb.
Lakin bəzi diplomatlar bu bəyanatın doğruluğuna şübhə ilə yanaşırlar və hesab edirlər ki, Macarıstanın baş naziri Viktor Orban ona uyğun gələndə bu missiyaya yenidən başlaya bilər.
Bu epizod, Orbanın Rusiyaya yaxınlığı, Ukraynaya yardımı əngəlləməsi və onun Rusiya prezidenti Vladimir Putin, Çin lideri Si Szinpin və Ukraynaya yardımı tənqid edən Donald Trampla görüşlərinə görə Budapeşt və Aİ arasında gərginliyi artırıb.
Macarıstanın Aİ Şurasına altı aylıq sədrliyinin başlamasına təsadüf edən görüşlər Aİ və bir çox paytaxtları qəzəbləndirib. Aİ və Avropa Parlamenti Budapeştdən izahat tələb edib və Macarıstanın təşkil etdiyi toplantıları boykot edir.
Xatırladaq ki, 2024-cü il iyulun 1-dən dekabrın 31-dək Macarıstan Avropa İttifaqı Şurasına sədrlik edir və bu, baş nazir Viktor Orbanın siyasi gedişləri ilə diqqəti cəlb edir.
İyulun əvvəlində Orban Kiyevə səfər edib və burada Rusiya ilə sülh danışıqlarına başlamazdan əvvəl Ukraynaya atəşkəs təklif edib. Daha sonra Putinlə danışıqlar aparıb və Çində Si Szinpinlə görüşüb.
Aİ səfirləri Orbanı "sülh missiyasına” görə tənqid ediblər. Avropa Parlamentinin üzvləri bu cür hərəkətlərə görə Macarıstanı veto hüququndan məhrum etməyə çağırıblar.
Nizami Bağırov
Şərhlər