Ağcabədi rayonunda Qarqar çayının mühafizə bəndinin bir hissəsi yarılıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayında suyun səviyyəsinin artması nəticəsində baş verib.
Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyevin sözlərinə görə, Kürdə suyun səviyyəsinin yüksəlməsi səbəbindən axın Qarqar çayı istiqamətinə yönəlib. Nəticədə çayın təxminən 700 metr yuxarı hissəsində mühafizə bəndində sızma yaranaraq yarılma baş verib.
Bildirilib ki, hazırda axan su əhali üçün təhlükə yaratmır, Kürlə Qarqar çayı arasındakı axımın qarşısını almaq üçün tədbirlər davam etdirilir.
11.28
Ağcabədi rayonunda Kür çayı bəndi yarıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən Qarqarçayla qovuşduğu yerdə qeydə alınıb.
Buna səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin normadan artıq artması olub.
Məlumata görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.
Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.
Şərhlər