Xəbər lenti

KİV: Mahmud Əhmədinejad öldürülüb
Dünya 17:49 01.03.2026

KİV: Mahmud Əhmədinejad öldürülüb

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ABŞ və İsrailin hava hücumlarında həlak olub.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə İlna agentliyi məlumat yayıb.

Məlumata görə, mühafizəçiləri ilə birlikdə öldürülüb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
--> -->