Xəbər lenti

Öldürülən yüksəkvəzifəli İran rəsmilərinin adları açıqlandı
Dünya 11:02 01.03.2026

Öldürülən yüksəkvəzifəli İran rəsmilərinin adları açıqlandı

ABŞ ilə İsrailin hücumları nəticəsində İranda öldürülən yüksəkvəzifəli şəxslərin adı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Siyahıda İranın Ali rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, ali dini liderin müşaviri Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadənin adı var.

Qeyd olunur ki, həlak olan digər şəxslərin adları sonradan açıqlanacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İranın silahlı qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
--> -->