Xəbər lenti

İran İsrailə hücum etdi: 5 nəfər ölüb, onlarla yaralı var
Dünya 17:21 01.03.2026

İran İsrailə hücum etdi: 5 nəfər ölüb, onlarla yaralı var

İsrailin Qüds yaxınlığındakı Beyt Şemeş şəhərinə raket hücumu nəticəsində beş nəfər ölüb, onlarla insan yaralanıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə İsrail mediası "Magen David Adom" təcili yardım xidmətinə istinadən xəbər yayıb.

Xidmətin məlumatına görə, İranın ballistik raketinin sinaqoqun yaxınlığındakı yaşayış binasına düşməsi nəticəsində təxminən 20 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Yaralıları təxliyə etmək üçün hadisə yerinə axtarış-xilasetmə qrupları, həkimlər və helikopter göndərilib.
--> -->