Xəbər lenti

Kartof ixracı Azərbaycana nə qədər qazandırıb?
Ekonomiks 21:28 19.10.2025

Kartof ixracı Azərbaycana nə qədər qazandırıb?

Kartof ixracı 47 faiz artıb.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 70 min 916,49 ton kartof ixrac edib.

Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 48 min 234,08 ton olub. Beləliklə, kartof ixracı 22 min 682,41 ton və ya 47,02% artım göstərib.

Hesabat dövründə ixracın statistik dəyəri 28 milyon 195,11 min ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 20 milyon 470,85 min dollar olub.

Nəticədə kartof ixracının dəyəri 7 milyon 724,26 min dollar və ya 37,73% artıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->