Xəbər lenti

Niyaməddin Musayev müğənnilərə şərt qoydu
Maqazin 16:14 19.10.2025

Niyaməddin Musayev müğənnilərə şərt qoydu

Xalq artisti Niyaməddin Musayev mahnılarını ifa edən gənclərə səslənib.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Şou MTV"yə müsahibəsində mahnıları ilə bağlı şərtini açıqlayıb:

"Bunlar tarixi mahnılardır. Onları zədələməsinlər. Gənc müğənnilər mahnının orijinalına qulaq assınlar. Əslini dinləmirlər, amma ondan sonra çıxanlara qulaq asırlar. Bəlamız bax, buradadır. İstərdim ki, gənclər mənim mahnılarımı oxuyurlarsa, düzgün ifa etsinlər".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->