Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz müdrik lider kimi uzun illərdir ölkənin möhkəmləndirilməsində böyük nəticələr əldə edərək Azərbaycan xalqını tərəqqi yolu ilə irəli aparırsınız. Dövlətin ahəngdar inkişafı prosesi Sizin ən yüksək rəhbər nüfuzunuza, siyasi müdrikliyinizə, uzaqgörənliyinizə, problemləri müxtəlif tərəflərdən görmək və onların optimal həllini tapmaq bacarığınıza əsaslanır.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında Sizin Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə, o cümlədən parlament xətti ilə çoxplanlı əməkdaşlığa verdiyiniz əvəzsiz töhfəni xüsusi qeyd edirlər.
Rusiya və Azərbaycan qanunvericiləri arasında dialoqa göstərdiyiniz diqqətə görə Sizə minnətdaram. Əminəm ki, Sizin dəstəyinizlə bu mühüm qarşılıqlı fəaliyyət kanalı həmişə ikitərəfli müttəfiqlik münasibətlərinin bütün kompleksinin intensivləşdirilməsi üçün səmərəli vasitə olaraq qalacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayıram. Qoy təcrübə və biliyiniz, qətiyyət və məqsədəyönlülüyünüz Azərbaycan Respublikasının rifahı naminə səmərəli fəaliyyətiniz üçün həmişə etibarlı bünövrə rolunu oynasın!
Sizə olan ən yüksək ehtiramımı qəbul edin".
***
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.
Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və hazırda Sizin rəhbərliyinizlə Qarabağ bölgəsində bərpa işləri sürətlə həyata keçirilir, ölkəmizin iqtisadi gücü artır.
Bu şanlı Qələbə Sizin düşünülmüş siyasətiniz, qətiyyətli və ardıcıl diplomatik addımlarınız nəticəsində mümkün oldu. Eyni zamanda Sizin ordu quruculuğu siyasətiniz dünyaya nümayiş etdirdi ki, bu gün Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan regionun ən güclü və önəmli ölkələri sırasındadır. Azərbaycanın D-8-ə qəbul olunması iqtisadi artımın gücləndiyini təsdiq edir.
Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə bu gün Azərbaycan beynəlxalq aləmdə sabit, öhdəsinə düşən vəzifələri vaxtında yerinə yetirən ölkə kimi qəbul olunur. COP29 konfransının Azərbaycanda yüksək səviyyədə keçirilməsi bunun əyani sübutudur.
Sizin digər sahələrdə həyata keçirdiyiniz konstruktiv və praqmatik siyasət ölkəmizin inkişafına, insanların həyatına öz bəhrələrini verməkdədir. Əminəm ki, Sizin siyasətiniz Azərbaycana daha böyük uğurlar və qələbələr qazandıracaqdır.
Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, cansağlığı arzulayır, Azərbaycanın gələcəyi naminə apardığınız siyasətdə böyük uğurlar diləyirəm".
***
Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Türk dünyasının fəxri və qalib sərkərdəsi.
Sizi doğum gününüz münasibətilə Türk Dünyası Mediatorlar Birliyi adından səmimi-qəlbdən təbrik edirəm. Türkdilli dövlətlərin mediasiya birlikləri və mediatorları adından Sizə, ailə üzvlərinizə uzun ömür, cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.
Cənab Prezident, Sizin Azərbaycan Respublikasında bütün istiqamətlərdə apardığınız islahatlar, o cümlədən mediasiya islahatları nəinki ölkə daxilində, eyni zamanda dünya miqyasında və türkdilli dövlətlərdə də müsbət əks-səda doğurur və öyrənilir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasındakı tarixi imzanız təkcə türk dünyasının deyil, bütün dünyanın tarixinə qızıl hərflərlə yazılıb.
Sizin barənizdə ən xoş sözləri, ən yüksək fikirləri cümlələrlə ifadə etməkdə çox çətinlik çəkirik. Sizinlə, gördüyünüz işlərlə qürur duyuruq. Dünya səviyyəsində qəbul olunan liderlərdən biri kimi hər zaman Sizin izinizlə, getdiyiniz yolla addımlamaq bizim üçün böyük şərəf və iftixardır.
Gördüyünüz işlər sayəsində Azərbaycan beynəlxalq mərkəzə çevrilir. Biz hər zaman Azərbaycanımızı Türk dünyasının əsas mərkəzlərindən biri kimi görmüşük. Məhz bu səbəbdən Türk Dünyası Mediatorlar Birliyinin 2024-cü il
28 noyabr-3 dekabr tarixlərində Ankara şəhərində keçirilən Beynəlxalq Qurultayında 2025-ci ildə türkdilli dövlətlərin mediatorlarının Beynəlxalq Qurultayının Azərbaycanda keçirilməsi qərara alınmışdır. Qurultay çərçivəsində 10 ölkəni təmsil edən 400 mediatorun iştirakı ilə Azərbaycan Respublikasının Mediasiya Şurası ilə birlikdə təşkil etdiyimiz Qarabağ Gecəsinin açılışı Sizin sözlərinizlə başlamış və rəhbərliyinizlə işğaldan azad edilmiş ərazilər uğrunda şəhid olan qardaşlarımızın, eyni zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmiş, Ulu Öndərin müdrik fikirləri ekranda səsləndirilmişdir. Həmçinin Ümummilli Lider Heydər Əliyevin Ankara şəhərində adını daşıyan parkda ucaldılmış abidəsi qurultay iştirakçıları tərəfindən ziyarət edilmiş, xatirəsi hörmət və ehtiramla anılmışdır.
Bunları qeyd etməkdə məqsədim odur ki, biz Türk dünyasının liderlərindən olan Heydər Əliyevin xatirəsini hər zaman uca tuturuq, Azərbaycan, Türk dünyası, bütün dünya üçün gördüyü tarixi işlərə görə onun xatirəsini hörmət və ehtiramla anırıq. Bu isə bizim keçmişimizə, dahi şəxsiyyətlərimizə dəyər verməyimizin bariz nümunəsidir. Biz Ümummilli Lider Heydər Əliyevin xatirəsini bütün türkdilli dövlətlərə səfərlərimiz zamanı böyük hörmət və ehtiramla anmaqla tariximizə sədaqətimizi hər zaman göstərmişik.
Sizi əmin etmək istəyirəm ki, biz hər zaman Sizin tutduğunuz yola, apardığınız siyasətə uyğun olaraq fəaliyyətimizi davam etdirəcəyik. Siz Azərbaycanda yüzlərlə ilklərin müəllifisiniz. Məhz Sizin təşəbbüsünüzlə hazırlanan və imzaladığınız Azərbaycan Respublikasının "Mediasiya haqqında" Qanunu və bu Qanundan irəli gələrək ölkədə aparılan islahatlar çərçivəsində mediasiya institutunun inkişafı, Azərbaycan mediasiyasının beynəlxalq aləmdə örnək kimi qəbul olunması bizi qürurlandırır.
Cənab Prezident, biz Sizinlə fəxr edirik.
Allah Sizi, ailənizi və Azərbaycan xalqını qorusun!".
***
Rusiya Notariuslar Assosiasiyasının sədri Natiq Ağamirov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim və Sizə möhkəm cansağlığı, xoşbəxtlik, doğma Azərbaycanın gələcəyi naminə bundan sonra da nailiyyətlər arzulayım.
Doğma Şuşanın azad edildiyi həmin unudulmaz gündən, bütün dünyanın Azərbaycan Ordusunun Qələbəsi barədə xəbər tutmasından və ölkənin ərazi bütövlüyünün bərpasından daha bir il ötdü. Bu illər ərzində ən çətin tarixi dövrdə Azərbaycan xalqı öz suveren maraqlarını inamla və ardıcıl şəkildə qoruyub, müdafiə qabiliyyətini və beynəlxalq mövqelərini möhkəmləndirib, iqtisadi potensialını artırıb. Bütün bu proseslərin arxasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı olaraq Sizin qətiyyətli mövqeyiniz və dəmir iradəniz hiss olunur.
Ölkədə vüsət alan böyük quruculuq işləri Sizin bütün dünyadakı soydaşlarınızın, dostlarınızın, tərəfdarlarınızın qürur mənbəyidir və onların diqqət mərkəzindədir. Bu proses gələcəyə inamla baxmağa və Sizin rəhbərlik etdiyiniz Azərbaycanın ən parlaq, genişmiqyaslı nailiyyətlərinin hələ irəlidə olduğunu deməyə imkan verir.
Möhtərəm İlham Heydər oğlu, qoy qarşıdan gələn il Sizə və bütün Azərbaycan xalqına rifah, tərəqqi gətirsin!
Sizə və yaxınlarınıza xoşbəxtlik, əmin-amanlıq arzulayıram".
***
TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un Baş Katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Zati-alinizin yürütdüyü müdrik və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası davamlı surətdə inkişaf edir, dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir.
Türk dünyasının aparıcı ölkələrindən biri olan qardaş Azərbaycanın zəngin mədəni irsinin TÜRKSOY təşkilatı vasitəsilə dünyada tanıdılması istiqamətində aparılan işlərə verdiyiniz daimi dəstək bizi daha da ruhlandırır.
Əmin ola bilərsiniz ki, Azərbaycan və TÜRKSOY arasında mövcud olan mədəni əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcək, üzv ölkələrimizdə və dünyanın müxtəlif ölkələrində həyata keçirəcəyimiz tədbirlərlə Türk xalqları arasında mədəni inteqrasiyanın və həmrəyliyin daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir,
Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
***
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Zati-aliləri.
İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar arzulayıram.
Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır.
Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi töhfələrinizi minnətdarlıq hissi ilə qeyd etmək istərdim.
Şadam ki, ölkələrimiz arasında mövcud olan ənənəvi möhkəm dostluğumuz və strateji tərəfdaşlığımız bütün sahələrdə uğurla inkişaf edir. İnanıram ki, çoxşaxəli və qarşılıqlı faydalı əlaqələrimizi ölkələrimizin və regionun rifahı naminə gələcəkdə də uğurla davam etdirəcəyik.
Zati-aliləri, Sizi bir daha səmimi-qəlbdən təbrik edir və Sizə ən dərin ehtiramımı ifadə edirəm".
***
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Sizi Azərbaycan Respublikasının hərtərəfli inkişafına, ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasına, əhalinin rifahının yüksəldilməsinə, eləcə də beynəlxalq arenada dövlətinizin nüfuzunun möhkəmləndirilməsinə həsr olunmuş misilsiz xidmətlər göstərən görkəmli dövlət və siyasət xadimi, xalqınızın əsl vətənpərvər və fədakar övladı kimi tanıyır, Sizə yüksək hörmət bəsləyirik.
Ölkənizin bütün prioritet sahələrdə əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın əsas maraqlarına cavab verən, onun böyük məqsəd və hədəflərini tam əks etdirən uzaqgörən və səmərəli siyasətinizin parlaq nəticəsidir.
Biz Özbəkistan ilə Azərbaycan arasında qədimdən mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə, çoxtərəfli və uzunmüddətli qarşılıqlı münasibətlərin genişləndirilməsinə verdiyiniz böyük töhfəni yüksək qiymətləndiririk.
Xüsusilə son illərdə Sizinlə aramızda olan qardaşlıq və həmrəylik münasibətlərinin daha da gücləndiyini, yüksəksəviyyəli daimi dialoqların və qarşılıqlı səfərlərin fəallaşdığını böyük məmnuniyyətlə qeyd etmək istəyirəm.
Hörmətli Prezident, Zati-aliləri.
Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında qarşılıqlı etimad, bir-birini dəstəkləmək ruhunda qurulan strateji tərəfdaşlıq münasibətləri dost xalqlarımızın ümumi inkişafı naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Əziz qardaşım, Sizi həyatınızın bu yaddaqalan və sevincli günü münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, xalqınızın rifahı naminə həyata keçirdiyiniz yüksək məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, davamlı yüksəliş və rifah arzulayıram".
***
Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərliyinizlə dost Azərbaycan sosial-iqtisadi inkişaf yolu ilə inamla addımlayır, dünya arenasında öz mövqeyini möhkəmləndirir. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qurulmasına və möhkəmləndirilməsinə şəxsi töhfənizi olduqca yüksək qiymətləndirirəm.
Mehriban yoldaşlıq əlaqələrimizi çox dəyərləndirirəm. Əlbəttə, ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı birgə sıx işimizin davam etdirilməsinə şad olaram.
Hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".
***
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə çoxlu uğurlar arzulayıram.
Əminəm ki, bizim dost ölkələrimiz bundan sonra da ümumi əlaqələrimizin yaxşılaşdırılmasına və əməkdaşlığın yeni formalarının tapılmasına çalışacaq. Ölkələrimizin malik olduğu iqtisadi imkanlar daha yaxşı və daha məzmunlu əməkdaşlığı təşviq edə bilər.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Qırğız Respublikasının Prezidenti Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının dünya proseslərinin fəal iştirakçılarından birinə çevrildiyini məmnunluqla qeyd edirəm.
Dünyada ən böyük tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ilk dəfə olaraq qardaş ölkədə keçirilməsi və yüksək səviyyədə təşkil edilməsi faktı bizi sevindirir.
Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayıram.
Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirəm".
***
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ürəkdən gələn arzularımı qəbul edin.
Yorulmaz səyləriniz və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan sosial sabitliyinin, iqtisadi davamlılığının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində heyrətamiz uğurlar əldə edib. Sizin müdrik rəhbərliyinizlə ölkə irimiqyaslı layihələr həyata keçirərək və xalqın rifahını yaxşılaşdıraraq inamla irəli addımlayır.
Qazaxıstan ilə Azərbaycan arasında çoxəsrlik dostluğa və qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlığın dərinləşdirilməsinə böyük töhfənizi yüksək qiymətləndirirəm.
Ölkələrimiz sıx qarşılıqlı fəaliyyətin daha da inkişafı üçün böyük potensiala malikdir. Əminəm ki, biz birgə səylərimizlə nailiyyətlərimizi artıracaq və Qazaxıstan-Azərbaycan çoxşaxəli dövlətlərarası əlaqələrini məhsuldar əməkdaşlığın yeni səviyyəsinə yüksəldəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq və qardaş Azərbaycanın mənafeyi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
***
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərliyinizlə Azərbaycanın qarşıya qoyduğu bütün məqsədlərə nail olmasını, bundan sonra da sürətlə inkişaf etməsini diləyir, Sizə ən xoş arzularımı çatdırıram.
Əminəm ki, qardaş xalqlarımız arasında mövcud olan sıx dostluq və əməkdaşlıq bundan sonra da hərtərəfli möhkəmlənəcəkdir.
Mən bizim münasibətlərimizi çox yüksək qiymətləndirirəm və Sizinlə olan bütün görüşlərimizi həmişə səmimi hisslərlə xatırlayıram.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və böyük müvəffəqiyyətlər, ailənizə xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və rifah arzulayıram".
***
Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası genişmiqyaslı transformasiyaların, fəal sosial-iqtisadi inkişaf prosesinin həyata keçirilməsində, islahatların aparılmasında, davamlı iqtisadi artımın təmin edilməsində, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsində böyük nailiyyətlər qazanmaqda davam edir.
Sizə möhkəm cansağlığı, uğurlar, Azərbaycan Respublikasına sülh və firavanlıq arzulayıram".
Şərhlər