İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu zamanı xəsarət alan şəxslərdən üçü evə buraxılıb.
Qaynarinfo xəbər verir ki, yaralılardan üçünün vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə göndərilib.
Xəsarət alanlardan biri - Əsəd Cəfərovun müalicəsi isə həkim nəzarəti altında xəstəxanada davam etdirilir.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə dörd nəfər xəsarət alıb.
Şərhlər