Xəbər lenti

BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
Ölkə 23:30 05.03.2026

BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib

BMT-nin Azərbaycandakı nümayəndəliyi İranın Naxçıvana dron hücumlarından sonra Azərbaycanla həmrəylik ifadə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə nümayəndəlik "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Düşüncələrimiz bu gün dron hücumları nəticəsində zərər çəkmiş Naxçıvan Muxtar Respublikasının sakinləri ilədir. BMT-nin Azərbaycandakı komandası xəsarət alan dörd nəfərə tezliklə sağalmalarını arzulayır", - deyə məlumatda bildirilir.
--> -->