Xəbər lenti

İmişlidə 16 yaşlı qızın nişanının qarşısı alındı
Ölkə 13:41 26.10.2025

İmişlidə 16 yaşlı qızın nişanının qarşısı alındı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nişan mərasiminin qarşısı alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, oktyabrın 25-də rayonun Yalavac kəndində 22 yaşlı şəxslə 16 yaşlı qızın planlaşdırılan nişan mərasimi barədə polisə məlumat daxil olub. 

Məlumata görə, keçirilən tədbirlərlə nişan mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->