Xəbər lenti

Şimali Kiprdə seçkilər: Müxalif namizəd qalib gəldi (YENİLƏNİB)
Dünya 21:30 19.10.2025

Şimali Kiprdə seçkilər: Müxalif namizəd qalib gəldi (YENİLƏNİB)

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.
 
Qaynarinfo "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.

O, şuranın əvvəl açıqladığı rəqəmləri təkrarlayaraq qeyd edib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Erhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.

Öz növbəsində, T. Erhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib. O bildirib ki, ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək: "Kimsənin bundan şübhəsi olmasın".
 
21.04
 
Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinə Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman liderlik edir.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat ölkənin Ali Seçki Şurasının açıqladığı rəqəmlərdə öz əksini tapıb.

Belə ki, mövcud 777 seçki qutusundan 735-i açılıb. Məlumata görə, T.Erhürman səslərin 62,80 faizini, müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 faizini toplayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->