Xəbər lenti

İlahiyyatçıdan iftarın restoranlarda açılmasına münasibət
Ölkə 21:21 01.03.2025

İlahiyyatçıdan iftarın restoranlarda açılmasına münasibət

"Ramazan iftar və sahurdan ibarət deyil. Təəssüflər olsun ki, bu gün insanlar bunu dieta ayı kimi qəbul edirlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında ilahiyyatçı Elşad Miri iftarın restoranlarda açılmasından danışarkən deyib.
 
Onun sözlərinə görə, Ramazanın əsas mahiyyəti Quranı anlamaqdır:

"Allah Qurani-Kərimin Bəqərə surəsinin 185-ci ayəsində bildirir ki, Ramazanın əsas mahiyyəti Quran ayı olmasıdır. Quranı anlamaq, öyrənmək, onu həyatımıza keçirməklə bağlıdır”.

Elşad Mirinin sözlərinə görə, insanlar oruclarını istədikləri məkanda aça bilər.

Bahar Rüstəmli
--> -->